“Neftçi” “Sumqayıt”la oyuna dörd itki ilə çıxacaq

Xəbərlər
3 Fevral 2024 13:58
133
“Neftçi” “Sumqayıt”la oyuna dörd itki ilə çıxacaq

Neftçi"nin zədəli futbolçularının durumu bəlli olub.

Klubun mətbuat xidmətindən İdman.bizə verilən məlumata görə, Azərbaycan Premyer Liqasının XXI turunda "Sumqayıt"la qarşılaşacaq paytaxt təmsilçisinin heyətində dörd itki var.

"Neftçi"nin qolkiperi İvan Brkiç müalicə prosesini davam etdirir. Bir müddətdir zədəli olan Kilan Lebon hələ də fərdi olaraq hazırlaşır.

Asiya kubokunda milli komandası ilə çıxışını başa vuran Ataa Caber müalicə keçir. Ötən turda sarı vərəqə alaraq cəzalı duruma düşən Azər Salahlı da matçı buraxmalı olacaq.

Qeyd edək ki, "Sumqayıt" – "Neftçi" qarşılaşması sabah Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək.

İdman.biz