Arif Əsədov özünü millidə baş məşqçiliyə hazır sayır - VİDEO

Xəbərlər
3 Fevral 2024 10:07
502
Arif Əsədov özünü millidə baş məşqçiliyə hazır sayır - VİDEO

“Karyerama baxsaz, görərsiz ki, bütün yaş qruplarında baş məşqçi işləmişəm”.

Bunu “İdman Bizdə” verilişinin qonağı olan Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis başsız qalan yığmanın “sükanı arxasına” keçməyə hazırdır. O bildirib ki, bunun üçün bütün mərhələlərdən keçib: “Neftçi”nin əvəzedicisində işləyib çempion olmuşam. U-19 milli komandamızada nəticə vermişəm, ermənilər üzərində qələbə qazanmışıq. Komanda növbəti mərhələyə də ilk dəfə mənim dövrümdə yüksəlib. 1-ci dəstədə “Sabah”da, güclülər dəstəsində “Neftçi”də işləmişəm. 6 ildən sonra kluba çempionluq qazandırmışam. Hazırda 3 ildən də çoxdur ki, milli komandada çalışıram. Əgər hansısa statistika baxsaq və real götürəndə, yığmada yerli mütəxəssisin məşqçi kimi işləməsi nə ilə əlaqədardır? Orda təcrübə toplamaq və gələcəkdə şans verilərsə, baş məşqçi olmaq üçündür. Bütün proseslərdın keçmişəm. Özümə dəyər verirəm, öz qiymətimi bilirəm. Nə vaxt mənə dəvət gəlsə, yığmanın baş məşqçisi olaram”.

Emin Ağa
İdman.biz

Məqalədə: