Azərbaycan – Bolqarıstan oyununun yeri və vaxtı açıqlanıb

Xəbərlər
31 Yanvar 2024 16:13
375
Azərbaycan – Bolqarıstan oyununun yeri və vaxtı açıqlanıb

Yoldaşlıq oyunlarının əvəzinə keçiriləcək yeni “FİFA series” layihəsi çərçivəsindəki ilk turnirin stadionu və təqvimi bəlli olub.

İdman.biz xəbər verir ki, bunu Bolqarıstan Futbol İttifaqı açıqlayıb.

Azərbaycanın ev sahibliyi edəcəyi turnirin matçları Bakı Olimpiya Stadionunda keçiriləcək. Bolqarıstan, Tanzaniya və Monqolustan yığmaları paytaxtın qonaqları olacaqlar.

Azərbaycan millisi martın 25-də Bolqarıstanla görüşəcək. Bu matç saat 15:00-da başlayacaq.

Bundan üç gün əvvəl ilk qarşılaşmalar təşkil olunacaq. Bolqarıstan millisi martın 22-də Tanzaniya ilə qarşılaşacaq. Bu isə o deməkdir ki, həmin gün Azərbaycan yığması Monqolustanla üz-üzə gələcək.

İdman.biz

Məqalədə: