Almaniyanın “Borussiya” (Dortmund) futbol klubu UEFA Çempionlar Liqasında Azərbaycanın “Sabah” komandası ilə keçiriləcək səfər oyunu öncəsi azarkeşləri üçün xüsusi təlimat yayımlayıb.
İdman.Biz xəbər verir ki, Dortmund təmsilçisi Bakı Olimpiya Stadionunda qonaq komandanın azarkeşlərinə ayrılan sektorlar və təhlükəsizlik tədbirləri barədə məlumat verib.
Klubun açıqlamasına əsasən, “Borussiya” azarkeşləri stadionun 308 və 309-cu sektorlarında yerləşdiriləcəklər. Qonaq azarkeşlər üçün giriş qapıları saat 17:45-də açılacaq.
Almaniya klubu qarşılaşma başa çatdıqdan sonra təhlükəsizlik məqsədilə qonaq sektorlarından çıxışın təxminən 20 dəqiqə gecikdirilə biləcəyini də vurğulayıb.
Bundan əlavə, “Borussiya” UEFA Gənclər Liqasında keçiriləcək “Sabah” - “Borussiya” qarşılaşması barədə də məlumat yayıb.
Oktyabrın 20-də Masazırdakı “Bank Respublika Arena”da təşkil olunacaq görüş saat 15:00-da başlayacaq. Azarkeşlər bu oyunu tribunadan ödənişsiz izləyə biləcəklər.
Qeyd edək ki, “Sabah” və “Borussiya”nın əsas komandaları arasında UEFA Çempionlar Liqasının qarşılaşması oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
