“Şəfa”nın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının səkkizinci turunda “Şamaxı”ya 2:3 hesablı məğlubiyyəti şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının üstünlüyü qoruya bilməməsindən təəssüfləndiyini bildirib.
“Acınacaqlı məğlubiyyət oldu. Düzünü desəm, bütün məğlubiyyətlər bizə pis təsir edir. Amma bu dəfəki daha acı oldu. Futbolçularımız pis çıxış etmirdilər. Hesabda 2:0 öndə olarkən öz səhvlərimizdən qollar buraxdıq. Ətraflı təhlildən sonra məğlubiyyətin səbəblərini daha aydın müəyyənləşdirəcəyik”, – deyə Həşimov vurğulayıb.
Qeyd edək ki, “Şəfa” səfərdə iki top fərqi ilə üstünlük qazansa da, “Şamaxı” geridönüş edərək 3:2 hesablı qələbəyə sevinib.
