Azər Bağırov qələbəni faciəvi şəkildə həlak olan gənc futbolçuya həsr etdi

16 Oktyabr 2026 18:37
101
Azər Bağırov qələbəni faciəvi şəkildə həlak olan gənc futbolçuya həsr etdi

“Şamaxı”nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının səkkizinci turunda “Şəfa” üzərində 3:2 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonrakı mətbuat konfransında qələbəni yol-nəqliyyat hadisəsində həyatını itirən gənc futbolçu Seyidəli Babazadənin xatirəsinə həsr etdiyini bildirib.

“Çox maraqlı oyun alındı. Bu qələbəni Qaxdan qayıdarkən avtomobil qəzasında həlak olan gənc futbolçumuz Seyidəli Babazadəyə həsr edirəm. O, akademiyamızın yetirməsi idi. Allah rəhmət eləsin. Bütün azarkeşlərimizi təbrik edir, “Şəfa”ya uğurlar arzulayıram”, - deyə Bağırov bildirib.

Baş məşqçi “Şamaxı”nın yeddi oyuna çatan məğlubiyyətsizlik seriyasına da münasibət bildirib:

“Hər işdə bir hikmət var. Görünür, bizə belə bir seriya qismət imiş. Futbolçular meydanda çox çalışırlar. Onlara həmişə deyirəm ki, Allah zəhmətimizin qarşılığını verəcək. Mehriban və mübariz kollektiv formalaşdıra bilmişik”.

İdman.Biz