Şahin Diniyev: “Bəzi səhvlər etdim, bu mənim üçün vacib idi”

Xəbərlər
30 Yanvar 2024 17:41
138
Şahin Diniyev: “Bəzi səhvlər etdim, bu mənim üçün vacib idi”

“Dramatik oyun alındı. Kuboka layiq bir futbol oldu”.

İdman.biz xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə ilk oyunu barədə fikirlərini mətbuat konfransında açıqlayıb: “Hər iki tərəf qələbəyə layiq idi. Artıq neçə oyun idi ki, optimal heyəti tapmaq üçün çətinlik çəkirdik. Bu gün bunu tapdıq. Hələ heç nə bitməyib. Birinci hissə bitib, ikincisi Zirədə olacaq”.

Diniyev komandasının ikinci 45 dəqiqədə daha yaxşı oynadığını düşünür: “İkinci yarıda yaxşı oynadıq. İndiyə kimi hücumda bu qədər fəal olmurduq. Sabit heyətin tapılmaması təsir edirdi. Fasilədən sonra hücumda olsaq da, sadə qollar buraxdıq. Bu da məni narahat edir. Lakin gələcəyə nikbin baxmağa nəsə var. Komanda düz yoldadır. Daha yaxşı olacağıq. Çalışacağıq ki, məğlubiyyətin əvəzini Zirədə çıxaq. Rəqibə çempionatda uğurlar arzulayıram”.

Baş məşqçi cavab görüşünə nikbin yanaşır: “Bir qol oyunun taleyini əlavə vaxta apara bilər. Çox da şanssız deyilik. İkinci hissədəki oyunumuz cavab matçına nikbin baxmağa əsas verir. Bu gün bəzi səhvlər etdim. Amma bu mənim üçün vacib idi. Bu oyun, səhv bizə çox şey verəcək”.

Qeyd edək ki, “Səbail” ev görüşündə 1:2 hesabı ilə uduzub.

İdman.biz

Məqalədə: