Patrik Andrade: “Lüğətimizdə təslim olmaq ifadəsi yoxdur”

Xəbərlər
30 Yanvar 2024 09:35
154
Patrik Andrade: “Lüğətimizdə təslim olmaq ifadəsi yoxdur”

“Addım-addım irəliləyəcəyik. Belə düşünmək daha yaxşıdır”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Patrik Andrade deyib.

Kabo-Verde yığması ilə Afrika Millətlər Kubokunda iştirak edən yarımmüdafiəçi komandasının turnirdəki hədəfindən danışıb: “Çalışacaq, məşq edəcəyik, hər şey növbəti oyunlardan asılıdır. Biz baş məşqçimizə güvənir, hazırlığımızın bəhrə verəcəyinə inanırıq. Öz yolumuzla daha da irəli getmək üçün səylə məşq edirik. Bu nəticələrə görə komandanı təbrik etmək lazımdır. Biz həmişə yaxşı oyun göstərmək istəyirik”.

Yalnız qrup mərhələsinin son turunda şans qazanan Andrade isti havada oynamalı olduqlarından şikayətlənib: “Bizim lüğətdə təslim olmaq ifadəsi yoxdur. Biz heç vaxt təslim olmamışıq. Mənim özümün turnirdəki oyunum yaxşı alındı. Lakin hava isti olduğu üçün bir az çətindir”.

Qeyd edək ki, Kabo-Verde yığması Afrika Millətlər Kubokunda 1/4 finala yüksəlib. Patrik turnirdə yalnız bir oyunda meydana çıxıb. O, qrup mərhələsinin son turunun Misirlə görüşündə (2:2) şans qazanıb.

İdman.biz

Məqalədə: