Vüsal Türkiyədə ilk qələbəsini qazanıb

Xəbərlər
29 Yanvar 2024 22:54
180
Vüsal Türkiyədə ilk qələbəsini qazanıb

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyə 1-ci Liqasında ilk qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Boluspor” səfərdə “Şanlıurfaspor”u məğlub edib.

Vüsalın start heyətində yer aldığı oyun 1:0 hesabı ilə başa çatıb. Yeganə qolu Avramovski rəqib komandanın qapısından keçirib. İsgəndərli 90-cə dəqiqədə əvəzlənib.

Qeyd edək ki, xalını 29-a yüksəldən “Boluspor” 9-cu pillədə qərarlaşıb. Vüsalın komandasını pley-offa vəsiqə verən 7-ci pillədən 4 xal ayırır.

İdman.biz