Bu gün əfsanəvi futbol hakimi Tofiq Bəhramovun 99 illiyidir.
İdman.biz xəbər verir ki, dünya şöhrətli referi 1925-ci ilin yanvarın 29-da anadan olub.
1958-ci ildən ümumittifaq, 1965-ci ildən beynəlxalq dərəcəsi alan Bəhramov DÇ-1966-nın İngiltərə və AFR yığmaları arasında keçirilən final oyunundakı məşhur qərarı ilə əfsanələşib. O, DÇ-1970 və Çempionlar Liqasının 1967/68 mövsümündə yarımfinal matçlarını idarə edib. Həmyerlimiz 1972-ci ildə UEFA kubokunun finalını və Qitələrarası kubokun qarşılaşmasına təyinat alıb.
Ölkəmizin tarixinə görə bir nömrəli idman qurğusu olan Respublika stadionu da onun adını daşıyır. Bəhramov dünyada adına stadion olan yeganə hakimdir. Bəhramov haqqında sənədli film çəkilib. Həmyerlimiz futbol tarixinə "Qızıl fit" almış yeganə yan xətt hakimi kimi də düşüb.
1993-cü il martın 26-da dünyasını dəyişib. 2021-ci ildə AFFA hakimlər üçün “Tofiq Bəhramov mükafatı” təsis edib.
İdman.biz