“Sabahın Ulduzları” Bakı Kubokunda bu gün hər iki yaş qrupunda çempion müəyyənləşəcək.
İdman.Biz xəbər verir ki, “Bayıl Arena”da keçiriləcək final qarşılaşmalarında əvvəlcə U-14 komandaları meydana çıxacaqlar. Bu yaş qrupunda “Qarabağ” və “Sabah” kubok uğrunda mübarizə aparacaq.
Günün son oyununda isə U-15-lər arasında qalib bəlli olacaq. Finalda “Neftçi” ilə “Ulduz” komandaları üz-üzə gələcəklər.
Final görüşlərindən sonra hər iki yaş qrupunda mükafatlandırma mərasimi təşkil olunacaq.
Qarşılaşmalar və mükafatlandırma mərasimi “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.
Sabahın Ulduzları
Finallar
30 sentyabr
U-14
17.00. “Qarabağ” - “Sabah”
U-15
20.00. “Neftçi” - “Ulduz” (CBC Sport)
Qeyd edək ki, U-14 yaş qrupunda “Ulduz” komandası üçüncü yeri tutub. U-15-də isə “Qarabağ” bürünc medalları qazanıb.
