“Kəpəz” futbol komandasının kapitanı Dioqo Verdaska uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
İdman.Biz xəbər verir ki, portuqaliyalı müdafiəçi dünən məşq zamanı zədələnib.
29 yaşlı futbolçu tibbi müayinədən keçib. Müayinə zamanı onun sağ bud əzələsində 14 santimetr uzunluğunda yırtıq aşkarlanıb.

Klubun tibbi heyətinin rəyinə əsasən, Verdaskanın müalicəsi təxminən altı həftə davam edəcək.
Qeyd edək ki, bəzi media orqanlarında Dioqo Verdaskanın əslində zədələnmədiyi, klubdan qovulduğu barədə məlumat yayılmışdı.
