“Qəbələ”nin sabiq futbolçusu Azərbaycana qayıda bilər

5 Sentyabr 2026 12:09
102
“Qəbələ”nin sabiq futbolçusu Azərbaycana qayıda bilər

“Qəbələ”nin sabiq futbolçusu İsnik Alimi karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının iddialı klublarına təklif olunur.

Belə ki, Şimali Makedoniyadan olan futbolçunun xidmətləri agentlər tərəfindən yerli klublara təklif edilib.

Xatırladaq ki, Alimi 2025-ci ildən Çinin “Dalian Yinqbo” klubunda çıxış edir və komandasının əsas üzvlərindən biridir. O, 2026 mövsümündə meydana çıxdığı 22 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi 2021/2022 və 2022/2023 mövsümündə “Qəbələ”nin formasını geyinib.

İdman.Biz