“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində ev matçlarını Bakı Olimpiya Stadionunda keçirəcək.
“İdman.Biz xəbər verir ki, bu, bu barədə UEFA-nın rəsmi saytında məlumat dərc olunub.
Azərbaycan çempionu əsas mərhələsində dörd görüşünü Bakıda keçirəcək.
Komandanın ev oyunlarının təqvimi aşağıdakı kimidir:
İkinci tur
13 oktyabr
20:45. “Sabah” – “Slaviya” (Çexiya)
Üçüncü tur
20 oktyabr
20:45. “Sabah” - “Borussiya” (Dortmund, Almaniya)
Beşinci tur
25 noyabr
21:45. “Sabah” - “Barselona” (İspaniya)
Yeddinci tur
20 yanvar
21:45. “Sabah” - “Napoli” (İtaliya)
Qeyd edək ki, “Sabah” əsas mərhələsində digər dörd görüşünü səfərdə keçirəcək. Komanda “Mançester Yunayted” (İngiltərə) ilə sentyabrın 10-da, “Vikinq” (Norveç) ilə noyabrın 4-də, “Vilyarreal” (İspaniya) ilə dekabrın 8-də, “Arsenal” (İngiltərə) ilə isə yanvarın 27-də üz-üzə gələcək.
