Türkiyədə yeni mövsümün ilk derbisi, Niderlandda əzəli rəqiblər üz-üzə - AFİŞA

5 Sentyabr 2026 10:50
107
Türkiyədə yeni mövsümün ilk derbisi, Niderlandda əzəli rəqiblər üz-üzə - AFİŞA

Bu gün - sentyabrın 5-də dünyanın aparıcı futbol çempionatlarında azarkeşlərin böyük maraqla gözlədiyi bir sıra görüşlər keçiriləcək.

İdman.Biz xəbər verir ki, günün əsas qarşılaşmalarından biri İtaliya A Seriyasında “İnter” və “Napoli” arasında baş tutacaq. Milan təmsilçisi mövsümün ilk iki oyununda qələbə qazanıb. Neapollular isə “Cenoa” üzərində qələbədən sonra “Komo”ya uduzub.

Türkiyədə yeni mövsümün ilk böyük derbisi keçiriləcək. “Fənərbağça” doğma meydanda “Beşiktaş”ı qəbul edəcək. Niderlandda isə prinsipial qarşılaşmada “Ayaks” PSV ilə üz-üzə gələcək.

Avropadan kənarda isə “Əl-İttihad” – “Əl-Nəsr” matçı diqqət çəkir. Kriştiano Ronaldonun komandası mövsümə uğurlu startını davam etdirməyə çalışacaq.

Sentyabrın 5-də keçiriləcək oyunlar – Bakı vaxtı ilə

İngiltərə. Premyer Liqa

18:00 “Mançester Siti” – “Koventri”
18:00 “Nottingem Forest” – “Tottenhem”

Almaniya. Bundesliqa

17:30 “Hoffenhaym” – “Borussiya” (Dortmund)
20:30 “Şalke-04” – “Bavariya”

İtaliya. A Seriyası

20:00 “İnter” – “Napoli”
22:45 “Roma” – “Atalanta”

İspaniya. La Liqa

18:15 “Atletik” – “Atletiko”

Fransa. Liqa 1

22:45 “Nitsa” – “Le-Man”

Türkiyə. Super Liqa

21:00 “Fənərbağça” – “Beşiktaş”

Niderland. Erediviziya

22:00 “Ayaks” – PSV

Səudiyyə Ərəbistanı. Pro Liqa

22:00 “Əl-İttihad” – “Əl-Nəsr”

Braziliya. A Seriyası

01:30 “San-Paulu” – “Atletiko Mineyro”

İdman.Biz