İspaniyanın "Barselona" futbol klubunun yeni transferi olan futbolçu Rodri Ernandes kataloniyalıların heyətində ilk dəfə start heyətində meydana çıxa bilər.
İdman.Biz-in "Sport" nəşrinə istinadən məlumatına görө, 30 yaşlı ispaniyalı futbolçu optimal fiziki formaya çatıb və La Liqanın dördüncü turunda "Valensiya" ilə matça ilk dəqiqələrdən başlamağa hazırdır.
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Rodrinin start heyətində yer alması ilə bağlı hələlik qəti qərar qəbul etməyib.
Yarımmüdafiəçi avqustun 18-də "Mançester Siti"dən Kataloniya klubuna keçib. "Barselona"nın əvvəlki iki matçında dünya çempionu ehtiyatdan oyuna daxil olub.
"Valensiya" – "Barselona" qarşılaşması sentyabrın 6-da baş tutacaq.
