"Qəbələ"nin hücumçusu Karim Rossi Azərbaycan Misli Premyer Liqasının IV turunda "İmişli" ilə matçda vurduğu qolu emosional şəkildə qeyd edib.
İdman.Biz xəbər verir ki, 66-cı dəqiqədə 32 yaşlı isveçrəli hücumçu meydan sahiblərinin ikinci qolunu vuraraq hesabı 2:1 edib. Qoldan dərhal sonra Rossi tribunaya tərəf qaçaraq sevincini "Qəbələ" azarkeşləri ilə bölüşüb.
Emosional qol sevinci hakimin diqqətindən yayınmayıb. Rossi qeyri-idman hərəkətinə görə sarı vərəqə ilə cəzalandırılıb.
Rossinin vurduğu qol "Qəbələ"yə "İmişli" uzərində 2:1 hesabı ilə qələbə qazandırıb.
