Şahruddin “Beşiktaş” səfərində qol buraxmayıb - VİDEO

Xəbərlər
23 Yanvar 2024 23:11
267
Şahruddin “Beşiktaş” səfərində qol buraxmayıb - VİDEO

Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasının 22-ci turunu qələbəsiz başa vurub.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Adana Dəmirspor” səfərdə “Beşiktaş”la heç-heçə oynayıb.

90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Azərbaycan yığmasının qapıçısı güclü rəqiblə oyunda qapısını toxunulmaz saxlayıb. 48-ci dəqiqədən azlıqda qalan “Adana Dəmirspor”un “Beşiktaş”a müqavimət göstərə bilib. Nəticədə Şahruddinin komandası son 5 oyunda 4-cü dəfə meydanı 1 xalla tərk edib.

Qeyd edək ki, Adana klubunun 22 oyundan sonra 31 xal toplayıb. Komanda 6-cı pillədə yer alıb.

İdman.biz