Azər Bağırov: “Təzyiqin öhdəsindən gəldik və bir xal qazandıq”

29 Avqust 2026 22:17
125
Azər Bağırov: “Təzyiqin öhdəsindən gəldik və bir xal qazandıq”

“Şamaxı”nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının üçüncü turunda “Qəbələ” ilə 0:0 hesablı heç-heçəni şərh edib.

İdman.Biz xəbər verir ki, Bağırov rəqibin yaxşı oyun göstərdiyini və komandası üçün qarşılaşmanın asan keçmədiyini bildirib.

“Rəqib mövsümün əvvəlindən bəri ən yaxşı oyununu keçirdi. Buna görə bizim üçün asan olmadı. Buna baxmayaraq, təzyiqin öhdəsindən gəldik və bir xal qazandıq. Yaranmış vəziyyətdə bu nəticəni pis hesab etmirəm.

Hücumda daha diqqətli və dəqiq oynamalı idik. Ümumilikdə futbolçularımdan razıyam. Əlbəttə, səhvlərimiz var, amma nikbinliyimi qoruyuram. İrəliləyəcəyik”, – Bağırov deyib.

İdman.Biz