“İmişli” U-19 komandası “Şamaxı”nı darmadağın etdi

29 Avqust 2026 17:36
127
“İmişli” U-19 komandası “Şamaxı”nı darmadağın etdi

“İmişli” futbol klubu U-19 komandası AFFA Gənclər Liqasının ikinci turunda “Şamaxı”ya qalib gəlib.

İdman.Biz xəbər verir ki, qarşılaşma “İmişli”nin 8:0 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandanın heyətində Abbas Zeynalov və Ziya Rəhimzadə hərəyə 2 qol vurub. Digər qolları isə Murad Quliyev, Nizami Mənsimov, Məhəmməd Ramazanov və Nihad Neymətzadə vurublar.

İdman.Biz