Misli Premyer Liqasının üçüncü turunun ilk oyununda “Qəbələ” ilə “Şamaxı” üz-üzə gəlib.
İdman.Biz xəbər verir ki, qarşılaşmada hesab açılmayıb.
Beləliklə, hər iki komanda aktivinə bir xal yazdırıb.
19:05
Misli Premyer Liqasının üçüncü turun ilk oyununda Qəbələ şəhər stadionunda “Qəbələ” - “Şamaxı” qarşılaşmasında ikinci hissə başlayıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb.
18:55
“Qəbələ” - “Şamaxı” oyununda birinci hissə başa çatıb.
İdman.Biz xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıb.
18:04
Misli Premyer Liqasının üçüncü turunda Qəbələ şəhər stadionunda “Qəbələ” - “Şamaxı”nı qəbul edir.
İdman.Biz xəbər verir ki, qarşılaşma saat 18:00-da başlayıb.
17:16
“Qəbələ” Misli Premyer Liqasının üçüncü turunda Qəbələ şəhər stadionunda “Şamaxı”nı qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 18:00-da start götürəcək qarşılaşmada meydana aşağıdakı heyətlərlə çıxacaq:
“Qəbələ”: 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 24. İsmael Akinade 7. Bruno Silva 6. Xayme Syerra 12. Kouya Mabea 16. İsaak Amoah 5. Natan Monzanqo 80. Meşak Uboçioma 3. Edson Eduardo
Ehtiyat oyunçular: 32. Artur Motta 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 2. Aqşin Yaqubov 27. Eşqin Əhmədov 21. Ziya Şəkərxanov 19. Xəyyam Məmmədli 30. Cuma Hüseynov 9. Karim Rossi
Baş məşqçi: Kaxaber Tsxadadze
“Şamaxı”: 1. Rikardo Fernandes (k) 5. Emin Rüstəmov 97. Oruc Məmmədov 10. Edqar Adilxanov 25. Filipe Markes 13. Rikardo Apolinario 11. Ayman Bouali 3. Jota 19. Abdullahi Şuaybu 4. Rui Paşeko 52. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 96. Nicat Qaragözlü 14. Uğur Cahangirov 80. Həbib İsmayılov 2. Fariz Xeyrullayev 7. Emil Süleymanov 77. Okan Təhməzli 88. Hacıəli Şirəliyev 17. Sənan Muradlı 66. Ceyhun Bağırzadə 9. Tornike Axvlediani 8. Teşaqer Dequ
Baş məşqçi: Azər Bağırov
08:13
“Qəbələ” bu gün Misli Premyer Liqasının üçüncü turunda “Şamaxı”nı qəbul edəcək.
İdman.Biz xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək və saat 18:00-da başlayacaq.
Görüşün baş hakimi Nicat İsmayıllı olacaq. Ona yan xətt hakimləri Rəhman İmami və Şirmamed Mamedov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ruslan Quliyev yerinə yetirəcək.
Matçın VAR hakimi Elvin Bayramov, AVAR hakimi isə Rahil Ramazanov olacaq. Hakim-inspektor vəzifəsi Ramil Diniyevə həvalə edilib. AFFA nümayəndəsi İlham Əliyev olacaq.
