“Sumqayıt”ın futbolçusu Rüstəm Əhmədzadə zədəsini sağaldıb.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, ilk turda “Neftçi” ilə görüşü zədə səbəbindən buraxan millimizin üzvü növbəti turda “Qarabağ”la qarşılaşmada iştirak ərizəsində yer alacaq.
Qeyd edək ki, “Sumqayıt” - “Qarabağ” qarşılaşması avqustun 31-də keçiriləcək. Oyunun start fiti saat 20:15-də səslənəcək.
