Futzal üzrə Azərbaycan milli komandasına texniki məğlubiyyət verilib.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.
Bu barədə qərarı UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi verib. Qurum dekabrın 15-də keçirilən Azərbaycan – Rumıniya oyununun nəticəsini ləğv edib. Komitənin qərarı ilə 5:5 hesabı ilə başa çatan görüşdə millimizə texniki məğlubiyyət verilib – 0:5.
Buna oyun zamanı komandamızın UEFA İntizam Qaydasını pozması səbəb olub. Millimizin yer aldığı A qrupunda bu sanksiya millimizdən əvvəl Rumıniya yığmasına qarşı da 2 dəfə tətbiq olunub.
Qeyd edək ki, qrupumuzun Rumıniya – Niderland və Niderland – Rumıniya oyunlarının nəticəsini ləğv edilib, hər iki görüşdə "narıncılar"a 5:0 hesablı qələbə verilib.
İdman.biz
