“Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının liqa mərhələsinin püşkatma nəticələrini şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis Bakı təmsilçisinin rəqiblərindən biri olan “Barselona”ya simpatiyasının olduğunu bildirib. Bununla belə, Qurban Qurbanov Azərbaycan klubunun tərəfində olacağını vurğulayıb.
“Onları Bakıda görmək çox xoş olacaq. “Barselona” mənim sevimli komandalarımdan biridir. Amma istənilən halda “Sabah”a azarkeşlik edəcəyəm”, – deyə Qurban Qurbanov bildirib.
