“Qarabağ” Taofik İsmahili transfer edib

27 Avqust 2026 22:22
99
“Qarabağ” Taofik İsmahili transfer edib

“Qarabağ” futbol klubu yay transfer pəncərəsində növbəti keçidi rəsmiləşdirib.

İdman.Biz xəbər verir ki, Ağdam təmsilçisi Polşanın “Qurnik” (Zabje) klubu ilə danışıqları yekunlaşdıraraq Taofik İsmahili heyətinə qatıb.

26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Nigeriyalı forvard “Qarabağ”da 19 nömrəli forma ilə çıxış edəcək.

Karyerasına Norveçdə başlayan İsmahil “Şeyd”, “Fredrikstad” və “Valorenqa” klublarında forma geyinib. Daha sonra Fransanın “Loryan”, Belçikanın “Beveren” və Polşanın “Lex” komandalarında çıxış edib.

Futbolçu 2024-cü ildə “Qurnik”ə keçib.

İdman.Biz