Qurban Qurbanov: “Məğlub olmaq istəməzdik, çox işləməliyik”

27 Avqust 2026 23:22
93
Qurban Qurbanov: “Məğlub olmaq istəməzdik, çox işləməliyik”

“Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə qarşı keçirilən cavab oyunundan sonra mətbuat konfransında açıqlama verib.

İdman.Biz xəbər verir ki, Qurbanov komandasının məğlubiyyətindən danışıb.

“Məğlub olmaq istəməzdik. Səhvlərimiz oldu. Bilirəm, indi bu barədə danışmağın faydası yoxdur. Nə edə bilərik, alınmadı. Çox işləməliyik. Azarkeşlər möhtəşəm idilər.

Hücum xəttində rotasiyalar edə bilmədik. “Tvente” kimi kluba qarşı oynayırsansa, hücum xəttin güclü olmalıdır.

Yeniliklərə başlayanda rəhbərliklə danışıqlarımız oldu. Dəyişiklik labüd idi. Yeni kollektivlə Avropada oynayıb təcrübə qazanmaq daha yaxşı olardı. Nə etmək olar?!” – deyə Qurban Qurbanov bildirib.

Qeyd edək k, ilk oyunda 1:0 hesabı ilə qalib gələn “Qarabağ” iki görüşün nəticəsinə əsasən 2:4 hesabı ilə uduzub və UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

Foto: İslam Atakişiyev

İdman.Biz