“Qarabağ” futbol klubu yay transfer pəncərəsində növbəti transferini həyata keçirib.
İdman.Biz xəbər verir ki, Ağdam təmsilçisi Almaniya futbolçusu Reda Xadranı Fransanın “Reyms” klubundan transfer edib.
25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. Xadra yeni komandasında 10 nömrəli formanı geyinəcək.
Dortmund “Borussiya”sının yetirməsi olan futbolçu 2021-ci ildə “Brayton”a keçib. O, karyerası ərzində “Birminhem”, “Şeffild Yunayted”, “Blekbern” və “Havr”ın da formasını geyinib. Xadra 2023-cü ildən “Reyms”də çıxış edirdi.
Almaniyanın U-18 və U-21 milli komandalarında çıxış edən futbolçu bununla “Qarabağ”ın yay transfer pəncərəsində 9-cu yeni oyunçusu olub.
Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas, Bense Varkonyi və Cebrail Makreçkis Ağdam klubuna qoşulub.

