Livanın qrupda qalması Azərbaycan millisinin FİFA reytinqinə təsir edib

Xəbərlər
23 Yanvar 2024 11:59
1 366
Livanın qrupda qalması Azərbaycan millisinin FİFA reytinqinə təsir edib

Azərbaycan millisi canlı FİFA reytinqində bir pillə irəliləyib.

İdman.biz xəbər verir ki, buna Asiya kubokunun nəticələri səbəb olub.

Yığmamız onlayn cədvəldə 1174,22 xalla 113-cüdür. Heç bir görüşə çıxmayan millimizin əmsalı dekabr reytinqi ilə müqayisədə dəyişməz qalıb.

Amma Livanın ciddi xal itkiləri komandamızın xeyrinə olub. Dünən Tacikistana 1:2 hesabı ilə uduzan livanlıların əmsalı 1169,45-ə düşüb. Bu, Asiya kubokunda itirilən 23,13 xal sayəsində mümkün olub. Livan yığması 114-cü sıraya düşüb. Azərbaycan isə artıq bir pillə önə keçib.

Qeyd edək ki, qrup mərhələsinin üç oyununda cəmi bir xal toplayan Livan Asiya kubokunda mübarizəni dayandırdığı üçün FİFA reytinqindəki mövqeyini qaytarmaq imkanını itirib.

İdman.biz

Məqalədə: