“Sabahın Ulduzları” Bakı Kubokunda altıncı turun ilk oyunları keçirilib - FOTO

24 Avqust 2026 00:26
96
“Sabahın Ulduzları” Bakı Kubokunda altıncı turun ilk oyunları keçirilib - FOTO

“Sabahın Ulduzları” Bakı Kubokunun U-14 yaş qrupunda altıncı turun ilk qarşılaşmaları keçirilib.

İdman.Biz xəbər verir ki, avqustun 23-də baş tutan oyunlarda “Azərbaycan Qartalları” “Sumqayıt”ı 4:0, EFA “Dostluq”u 3:1, “Qarabağ” isə “Zirə”ni 3:0 hesabı ilə məğlub edib.

“Azərbaycan Qartalları”nın heyətində Mühəmməd İsmayılzadə 24 və 30-cu, Emir Əmirxanov isə 40+1 və 80-ci dəqiqələrdə fərqlənərək hərəyə iki qol vurublar.

EFA-nın “Dostluq” üzərində 3:1 hesablı qələbəsində Bəybala Məmmədov het-trik edib. O, 29, 62 və 80+2-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. “Dostluq”un yeganə qolunu 11-ci dəqiqədə İslam Mehtizadə vurub.

“Qarabağ”ın “Zirə” üzərində 3:0 hesablı qələbəsində Tunar Məmmədov, Ceyms Eziaşi və Heydər Mustafayev fərqləniblər. Eziaşi 43-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Altıncı tura avqustun 24-də keçiriləcək “Qəbələ” - “Xan”, “Ulduz” - “Neftçi” və “Sabah” - “Vətən” qarşılaşmaları ilə davam ediləcək.

İdman.Biz