“Şamaxı” futbol klubunun baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının ikinciu turunda səfərdə “Turan Tovuz”la 0:0 hesablı heç-heçədən sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis Tovuzda oynamağın çətin olduğunu və futbolçularının sona qədər mübarizə apardığını bildirib.
“Turan Tovuz”a qarşı səfərdə oynamaq çox çətindir. Çünki bu şəhər futbolla yaşayır. Matçdan əvvəl uşaqlara demişdim ki, yaxşı oyun olacaq. Mübariz komanda ilə qarşılaşdıq. Futbolçularım sona qədər tonusdan düşmədilər. Birinci hissədə bir-iki səhvimiz oldu. Amma ümumilikdə yaxşı oyun keçirdik. Komandamızı, azarkeşlərimizi ilk xal münasibətilə təbrik edirəm” - Bağırov deyib.
Baş məşqçi rəqibin oyun planını əvvəlcədən təhlil etdiklərini də vurğulayıb:
“Rəqibin oyununu təhlil etmişdik. Uzun toplar və standart vəziyyətlərdən daha çox oyun qururlar. Düşüncələrimizlə təhlillərimiz üst-üstə düşdü. Düz oynamağın nəticəsində xal qazandıq”.
“Şamaxı” bu nəticə ilə mövsümdə ilk xalını qazanıb.
