“Zirə” “Şamaxı”ya qarşı oyuna neçə itki ilə çıxacaq? - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

10 Oktyabr 2026 12:54
107
“Zirə” “Şamaxı”ya qarşı oyuna neçə itki ilə çıxacaq? - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Futbol üzrə Misli Premyer Liqasının yeddinci turunda “Şamaxı”nı qəbul edəcək “Zirə”nin heyətində itkilər müəyyənləşib.

Bu barədə “Zirə” klubunun mətbuat katibi Elmar Abdullazadə İdman.Biz-ə məlumat verib.

O bildirib ki, Lue Bayere Junior, Ktatau və İssa Cibrila sözügedən oyunda iştirak edə bilməyəcəklər.

“Ktatau beşinci metatarsal (daraq) sümüyü nahiyəsindən əməliyyat keçirib. Onun təxminən 3-4 aydan sonra yaşıl meydanlara qayıtması gözlənilir. Lue Bayere Junior və İssa Cibrilanın isə əzələ zədəsi var”, - deyə o açıqlamasında bildirib.

Qeyd edək ki, “Zirə” - “Şamaxı” görüşü bu gün saat 17:00-da başlayacaq. Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda baş tutacaq. “Zirə” 10 xalla turnir cədvəlinin beşinci pilləsində yer alıb. Doqquz xala malik “Şamaxı” isə altıncıdır.

İdman.Biz
Məqalədə: