“Sumqayıt” futbol üzrə Misli Premyer Liqasının yeddinci turunda doğma meydanda “Qəbələ”yə 4:1 hesabı ilə qalib gəlib.
İdman.Biz xəbər verir ki, “SOCAR Polymer Arena”da keçirilən qarşılaşmada meydan sahibləri erkən qollarla üstünlük qazanıblar. Altıncı dəqiqədə Mamadi Banqre hesabı açıb, doqquzuncu dəqiqədə İsa Suliman fərqi artırıb.
25-ci dəqiqədə Şahin Şahniyarov qonaqların qollarından birinin əvəzini çıxıb. Lakin 29-cu dəqiqədə Ronaldo Vaskez “Sumqayıt”ın üçüncü qolunu vurub.
İlk hissəni 3:1 hesablı üstünlüklə başa vuran meydan sahibləri fasilədən sonra daha bir dəfə fərqləniblər. 67-ci dəqiqədə Lukas Blek yekun hesabı müəyyənləşdirib.
Beləliklə, Yeton Bekirinin “Qəbələ”nin baş məşqçisi kimi debütü məğlubiyyətlə nəticələnib.
Qeyd edək ki, günün digər oyununda “Zirə” ilə “Şamaxı” 1:1 hesablı heç-heçə edib. Dünən “Kəpəz” “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə məğlub edib, “Neftçi” – “Sabah” görüşündə isə qol vurulmayıb.
Tura sabah yekun vurulacaq.
20:59
“Sumqayıt” - “Qəbələ” qarşılaşmasında meydan sahibləri hesab arasındakı fərqi üç topa çıxarıb.
İdman.Biz xəbər verir ki, oyunun 67-ci dəqiqəsində "Sumqayıt"ın futbolçusu Blek növbəti dəfə Qəbələ komandasını məyus edib.
Hazırda hesab 4:1-dir.
20:34
“Sumqayıt” - “Qəbələ” qarşılaşmasında ikinci hissə başlayıb.
İdman.Biz xəbər verir ki, ilk hissədən dörd qol vurulub.
Meydan sahibləri Qəbələ təmsilçisinə 3:1 hesabı ilə qalib gəlirlər.
20:20
“Sumqayıt” - “Qəbələ” qarşılaşmasında birinci hissə başa çatıb.
İdman.Biz xəbər verir ki, ilk hissədən sonra meydan sahibləri 3:1 hesabı ilə rəqibə qalib gəlirlər.
20:03
“Sumqayıt” - “Qəbələ” qarşılaşmasında meydan sahibləri yenidən fərqi iki topa çıxarıb.
İdman.Biz xəbər verir ki, Vaskez 29-cu dəqiqədə meydan sahiblərinin üçüncü qolunu vurub.
19:59
“Sumqayıt” - “Qəbələ” qarşılaşmasında qonaqlar fərqi azaldıb.
İdman.Biz xəbər verir ki, "Qəbələ"nin heyətində Şahniyarov 25-ci dəqiqədə fərqlənib.
19:40
“Sumqayıt” - “Qəbələ” qarşılaşmasında meydan sahibləri ikinci qolu vurub.
İdman.Biz xəbər verir ki, Sumqayıt təmsilçisinin heyətində Suliman doqquzuncu dəqiqədə fərqlənib.
19:37
“Sumqayıt” - “Qəbələ” qarşılaşmasında hesab erkən açılıb.
İdman.Biz xəbər verir ki, meydan sahiblərinin heyətində Banqre altıncı dəqiqədə fərqlənərək komandasını önə çıxarıb.
19:29
“Sumqayıt” - “Qəbələ” qarşılaşmasının birinci hissəsi başlayıb.
İdman.Biz xəbər verir ki, matç “SOCAR Polymer Arena”da keçirilir.
19:13
Misli Premyer Liqasının yeddinci turunun “Sumqayıt” - “Qəbələ” matçının heyətləri açıqlanıb.
İdman.Biz xəbər verir ki, saat 19:30-da start götürəcək matçda komandalar aşağıdakı heyətlərlə çıxacaqlar:
“Sumqayıt”: 16. Marko Yohanson 29. Emil Mustafayev 9. Jeam Oliveyra 4. İsa Suliman (k) 42. Sedrik Badolo 10. Ronaldo Vaskez 80. Keffel Resende 55. Lukas Blek 11. Mamadi Banqre 21. Tiaqo Almeyda 5. Renan Santana
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Aftandil Arixov 7. Rüstəm Əhmədzadə 20. Ayxan Süleymanlı 17. Nihad Əhmədzadə 75. Nadir Orucov 97. Vüsal Paşayev 19. Roi Kehat 27. İmani Barker 71. Masaki Murata
“Qəbələ”: 1. Səlahət Ağayev (k) 4. Elvin Camalov 22. Fərid İsgəndərov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 9. Karim Rossi 12. Kouya Mabea 16. İsaak Amoah 5. Natan Monzanqo 80. Meşak Uboçioma
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 21. Ziya Şəkərxanov 23. Rafael Utziq 8. Endri Çekici 7. Bruno Silva 3. Edson Eduardo
09:48
Bu gün futbol üzrə Misli Premyer Liqasının yeddinci turu çərçivəsində ikinci qarşılaşma “SOCAR Polymer Arena”da keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək.
Oyun saat 19:30-da başlayacaq. “Sumqayıt” iki xalla turnir cədvəlinin 11-ci pilləsində yer alıb. Dörd xala malik “Qəbələ” isə doqquzuncudur.
Misli Premyer Liqası
Birinci dövrə, Yeddinci tur
10 oktyabr
19:30. “Sumqayıt” - “Qəbələ”
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Kərim Zeynalov, Mahmud Bağırzadə
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“SOCAR Polymer Arena”
Qeyd edək ki, turun ötən gün baş tutan matçlarında “Kəpəz” “Araz-Naxçıvan”ı (2:0) məğlub edib. “Neftçi” - “Sabah” matçı isə qolsuz bərabərliklə başa çatıb. Tura oktyabrın 11-də yekun vurulacaq.
