“Araz-Naxçıvan”ın zədəli futbolçularının durumu bəlli olub

Xəbərlər
22 Yanvar 2024 17:07
147
“Araz-Naxçıvan”ın zədəli futbolçularının durumu bəlli olub

“Araz-Naxçıvan”ın zədəli futbolçularının durumuna aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, bunu Naxçıvan təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Azər Bağırovun yetirmələri Misli Premyer Liqasının XIX turunun “Qarabağ”la oyunu öncəsi son məşqinə çıxıb. “Azersun Arena”nın ehtiyat meydanında 1 saata qədər davam edən hazırlıq prosesində futbolçular bir neçə taktiki planda tapşırıqları icra ediblər.

Zədəli futbolçulardan Orxan Əliyev kollektivlə çalışmalara qoşulub. İsmail Azzaui hələ də həkim nəzarəti altında müalicəsini davam etdirir. Onun “Qarabağ”a qarşı oynamayacağı dəqiqdir.

İsmaildən başqa, Vanderson da sabahkı matçda meydana çıxmayacaq. Buna səbəb braziliyalı yarımmüdafiəçinin sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşməsidir.

Qeyd edək ki, “Qarabağ” – “Araz-Naxçıvan” oyunu yanvarın 23-də, saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İdman.biz

Məqalədə: