“Zirə”nin sabiq futbolçusu Kipr klubuna keçir

20 Avqust 2026 08:47
116
“Zirə”nin sabiq futbolçusu Kipr klubuna keçir

“Zirə” uftbol komandasının sabiq yarımmüdafiəçisi Brahim Konatenin yeni klubu müəyyənləşmək üzrədir.

İdman.Biz xəbər verir ki, Kiprin “Nea Salamina” klubu 30 yaşlı fransalı futbolçu ilə ilkin razılıq əldə etdiyini açıqlayıb.

Konatenin yaxın günlərdə Kiprə gedərək tibbi müayinədən keçəcəyi və bundan sonra transferin rəsmiləşdiriləcəyi bildirilib. Tərəflər arasında 1+1 illik müqavilənin imzalanması nəzərdə tutulur.

1996-cı il martın 20-də Fransanın Montfermey şəhərində anadan olan yarımmüdafiəçi “Oser” akademiyasının yetirməsidir. O, karyerası ərzində “Oser” və “Şamua Nyor”un heyətində Fransa Liqa 2-də çıxış edib.

Konatenin son klubu “Zirə” olub. 30 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Futbolçu daha əvvəl Fransanın U-20 millisinin də formasını geyinib.

İdman.Biz
Məqalədə: