“Sabahın Ulduzları” Bakı Kubokunun U-15 yaş qrupunda dördüncü turun oyunlarına yekun vurulub.
İdman.Biz xəbər verir ki, turun son günündə 3 qarşılaşma keçirilib.
“Marafon” və “Dinamo” arasında keçirilən görüşdə qapılara 9 qol vurulub. “Dinamo” 5:4 hesabı ilə qalib gəlib.
“Sabah” isə “Zəngəzur”u böyük hesabla məğlub edib – 7:0. Yusif Ağayev het-trik edib. Elman Tahirov, Hüseyn Musayev, Abdulla Tayibov və Nicat Mehdiyev də fərqləniblər.
“Rekord” – “Qarabağ” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 2:2.
Qeyd edək ki, avqustun 15-də U-14 yaş qrupunda 4-cü turun oyunları keçiriləcək.
Qeyd edək ki, U-14 yaş qrupunda IV turun “Sabah” – “Zirə”, “Qarabağ” – “Neftçi” və “Dostluq” – “Xan” oyunları avqustun 15-də keçiriləcək.
