Miodraq Bojoviç: “Əvvəlkindən daha yaxşı olacaq”

Xəbərlər
21 Yanvar 2024 18:51
209
Miodraq Bojoviç: “Əvvəlkindən daha yaxşı olacaq”

“Məncə, pis oynamadıq. Oyuna yaxşı başladıq, birinci hissədə qol vurmaq üçün imkanlarımız var idi”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XIX turunda “Sabah”la heç-heçə oynayan “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç deyib.

Monteneqrolu mütəxəssis 0:0 hesabı ilə yekunlaşan qarşılaşmadan sonra nəticəni ədalətli sayıb. Bojoviç heyətin yetərli olmadığını bildirib: “Hər iki komandanın qol imkanı var idi. Məncə, bərabərlik ən ədalətli nəticə oldu. İki yeni oyunçu ilə müqavilə imzalamışıq. Onlar bizimlədir. Heyətdə 2 zədəlimiz var. İndiki heyətdə olan oyunçular yetərli olacaq. Fiziki hazırlıq elə də asan həll olunan məsələ deyil. Daha çox vaxt lazım olacaq. Amma komanda ən azından mübariz şəkildə irəliləsə, əvvəlkindən daha yaxşı olacaq. Bu gün meydanda biganə qalan hansısa oyunçunu görmədim. Nəticə onlar üçün önəmli idi.”

Qeyd edək ki, “Sabah”la heç-heçə oynayan “Neftçi” 29 xalla 2-ci pilləyə yüksəlib.

İdman.biz