“Qarabağ” futbol komandası Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə cavab oyununa hazırlığını davam etdirir.
İdman.Biz xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Bakıdakı qarşılaşma öncəsi məşqlərdə fiziki və taktiki hazırlıq üzərində çalışır.
İlk oyunda “Qarabağ” Kiyev təmsilçisinə 0:1 hesabı ilə məğlub olub. Bu səbəbdən Ağdam klubu cavab görüşündə mərhələni keçmək üçün ən azı iki top fərqi ilə qalib gəlməlidir. Bir top fərqli qələbə isə qarşılaşmanı əlavə vaxta daşıya bilər.
“Qarabağ” üçün cavab matçı avrokubok mövsümünün taleyi baxımından həlledici xarakter daşıyır. Komanda doğma meydan amilindən istifadə edərək ilk görüşdəki məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Qeyd edək ki, “Qarabağ” - “Dinamo” cavab qarşılaşması avqustun 13-də, saat 20:00-da Bakıda keçiriləcək.
