“Araz-Naxçıvan”ın sabiq hücumçusu Malayziya klubuna keçdi - FOTO

9 Avqust 2026 10:28
159
“Araz-Naxçıvan”ın sabiq hücumçusu Malayziya klubuna keçdi - FOTO

Azərbaycanın “Araz-Naxçıvan” futbol komandasının sabiq hücumçusu Ramon Maçado özünə yeni klub tapıb.

İdman.Biz xəbər verir ki, braziliyalı forvard Malayziyanın “Star City” komandası ilə anlaşıb. Klub 35 yaşlı hücumçunun transferini rəsmi şəkildə açıqlayıb.

Maçado bununla da iki ildən sonra yenidən Malayziya Super Liqasına qayıdıb.

Qeyd edək ki, Ramon Maçado Azərbaycanda “Neftçi”, “Qəbələ”, “Sabah” və “Araz-Naxçıvan” komandalarında çıxış edib. Onun son klubu “Araz-Naxçıvan” olub.

İdman.Biz