“İmişli” futbol klubu Quba Olimpiya İdman Kompleksi ilə vidalaşıb

8 Avqust 2026 14:31
95
“İmişli” futbol klubu Quba Olimpiya İdman Kompleksi ilə vidalaşıb

"İmişli" futbol klubu Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə ev oyunlarını keçirdiyi Quba Olimpiya İdman Kompleksi ilə vidalaşıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Quba Olimpiya İdman Kompleksinə göstərilən diqqət, yaradılan şərait və qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, komandanın 2026/2027 mövsümündən etibarən ev oyunlarını hansı arenada keçirəcəyi hələlik dəqiqləşməyib.

İdman.Biz