Rahil Məmmədov “Turan Tovuz”a keçdi

9 Avqust 2026 17:23
153
Rahil Məmmədov “Turan Tovuz”a keçdi

“Turan Tovuz” futbol komandası heyətini milli komandamızın müdafiəçisi Rahil Məmmədovla gücləndirib.

İdman.Biz xəbər verir ki, tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.

Son olaraq “Araz-Naxçıvan”ın formasını geyinən Rahil Məmmədov karyerası ərzində “Neftçi”, “Səbail”, “Zirə” və “Qarabağ” komandalarında çıxış edib.

Müdafiəçi legioner həyatı da yaşayıb. O, Polşada LKS Lodz və “Radomiak”ın şərəfini qoruyub.

Qeyd edək ki, Rahil Məmmədov Azərbaycan millisinin də üzvüdür.

İdman.Biz