“Neftçi”nin iki futbolçusu “Turan Tovuz”a keçib

Xəbərlər
19 Yanvar 2024 15:45
462
“Neftçi”nin iki futbolçusu “Turan Tovuz”a keçib

Qış fasiləsində transfer çalışmalarını davam etdirən “Turan Tovuz” heyətinə iki yeni futbolçu qatıb.

İdman.biz xəbər verir ki, bunu Tovuz təmsilçisinin mətbuat xidməti açıqlayıb.

İsmayıl Zülfüqarlı və Fərid Yusifli qərblilərin formasını geyinəcək. Tovuz təmsilçisi oyunçuları “Neftçi”dən icarəyə götürüb. Hər iki futbolçu mövsümün sonunadək bölgə təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, İsmayıl cari mövsümdə Premyer Liqada 5 matça çıxıb. Fərid isə bu mövsüm şans qazanmayıb.

İdman.biz

Məqalədə: