“Əziz “Sabah” ailəsi, birgə yazdığımız hekayəni başa vurmağın vaxtı gəldi”.
İdman.Biz xəbər verir ki, bu sözləri İsveçrənin “Bazel” klubuna transfer olunan Aaron Maludaya “Instagram” hesabında yazıb.
“Mən və ailəm ilk gündən bizə göstərdiyiniz xoş münasibətə və etimada görə bu kluba sonsuz minnətdarıq. Siz, başqalarının etmədiyi bir vaxtda, bizə qapılarınızı açdınız. Buna görə sizə həmişə təşəkkür edəcəyəm.
Komanda yoldaşlarıma da təşəkkür edirəm. Mən burada təkcə komanda yoldaşları deyil, həm də qardaşlar qazandım. Birlikdə qazandığımız kuboklar bizi həmişə bir-birimizə bağlayacaq.
Məşqçilər heyətinə, tibbi personala və klubda çalışan hər kəsə də minnətdaram. Hər biriniz mənim üçün xüsusi oldunuz və heç birinizi unutmayacağam”, - deyə 20 yaşlı vinger bildirib.

Maluda “Sabah”da ona göstərilən etimadı da xüsusi vurğulayıb:
“Sabah”dakı ilk mövsümümdə mənə tam etimad göstərildi. Hamımız birlikdə uğur qazandıq. Klub tarixində ilk çempionluğu və ilk “qızıl dubl”u qazanan komandanın bir parçası olmaq mənim üçün böyük xoşbəxtlik idi.
Mən həmişə bu klubun ilk azarkeşlərindən biri olacağam və ürəkdən arzulayıram ki, “Sabah” layiq olduğu bütün hədəflərə çatsın. Təşəkkür edirəm, “Sabah”! Mən həmişə bir “bayquş” olaraq qalacağam”.
Qeyd edək ki, Maluda 2025-ci ilin yayından “Sabah”ın formasını geyinib.

