“Sefas hələ tam hazır deyil” - Qurban Qurbanovun İDMAN.BİZ-ə cavabı - VİDEO

23 İyul 2026 23:10
107
“Sefas hələ tam hazır deyil” - Qurban Qurbanovun İDMAN.BİZ-ə cavabı

“Renaldo Sefas hələ tam hazır deyil. Bildiyiniz kimi, kollektiv məşqlərə daha gec qoşulub”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın son transferlərindən biri olan Renaldo Sefasın oyun səviyyəsi barədə İdman.Biz-in sualına cavab verərkən deyib.

“Qarşıda tam hazırlaşmağa 5-6 günümüz var. Dəqiq deyə bilməyəcəyəm, qarşıdakı oyunda 90 dəqiq oynaya bilər, ya yox. Yenə baxacağıq. Ola bilsin, oyunun əvvəlindən çıxıb 60 dəqiqə oynadı, ola bilsin, əvəzetnədən çıxı oynadı. Hər şey qarşıdakı günlərdə məlum olacaq. Amma ideal formasından uzaqdır”, - Qurbanov bildirib.

Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın “CSKA Sofia” kollektivi ilə qarşılaşıb. Matç 0:0 hesabı ilə bitib. Komandalar bir həftədən sonra cavab matçında qarşılaşacaqlar.

İdman.Biz