Azərbaycan millisinin futbolçusu Mahir Emreli yeni klubu “Rakuv”da (Polşa) ilk oyununda qol hesabını açıb.
İdman.Biz xəbər verir ki, Emreli Konfrans Liqasının ikinci təsnifat mərhələsində Maltanın “Valletta” komandası ilə keçirilən ilk görüşdə fərqlənib. O, 53-cü dəqiqədə komandasının bırabərlik qoluna imza atıb.
Görüş Polşa təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
