Qurban Qurbanov: “Havanın isti olması müəyyən çətinlik yaratdı”

23 İyul 2026 22:39
106
Qurban Qurbanov: “Havanın isti olması müəyyən çətinlik yaratdı”

“Birə bir mübarizədə güclü olan bir komandaya qarşı oynadıq, müxtəlif sistemlərdə oynaya bilən klubdur “CSKA Sofia”.
Hava sərin olsaydı, azarkeşlər daha yaxşı oyun görə bilərdilər. Havanın isti olması müəyyən çətinlik yaratdı”.

İdman.Biz xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məçqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “CSKA Sofia” ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Düşünürəm ki, bir o qədər baxımlı matç izləmədik. Cavab görüşündə daha yaxşı nəticə qazanmağa çalışacağıq", - məşqçi bildirib.

Matç 0:0 hesabı ilə yekunlaşıb.

“Qarabağ” - “CSKA Sofia” duelinin cavab matçı bir həftə sonra Sofiya şəhərində reallaşacaq.

İdman.Biz