“Araz-Naxçıvan” Mamadu Kaneni transfer etdi

23 İyul 2026 15:50
83
“Araz-Naxçıvan” Mamadu Kaneni transfer etdi

“Araz-Naxçıvan” futbol klubu daha bir legionerlə anlaşıb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, qvineyalı dayaq yarımmüdafiəçisi Mamadu Kane yeni mövsümü Naxçıvan təmsilçisinin heyətində keçirəcək. Onunla imzalanan müqavilənin müddəti bir illikdir.

29 yaşlı futbolçu müxtəlif illərdə “Satellite”, “Kaloum”, “Qanqan”, “Neftçi” (Bakı), “Olimpiakos”, “Rodina Moskva”, “Auda”, “Etnikos” klublarında çıxış edib. Sonuncu klubu isə Kiprin “Pafos” komandası olub.

Kane 2020-ci ildə Qvineya millisinin heyətində 19 oyun keçirib, beş qol vurub. O, 2017-ci ildə isə ölkəsinin U-20 yığmasına cəlb edilib, yeddi matçda meydana çıxıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

İdman.Biz