“Şəfa” futbol klubu yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
İdman.Biz xəbər verir ki, bu barədə “Şəfa” Futbol Klubu məlumat yayıb.
Bildirilib ki, komanda niderlandlı müdafiəçi Kristofer Mamengini heyətinə qatıb. 25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Kristofer Mamengi son olaraq Kosovonun “Priştina” komandasında çıxış edib. O, karyerası ərzində Niderlandın “Utrext” və “Almere” klublarının da formasını geyinib. Müdafiəçi, həmçinin Niderlandın aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edib.
