Birinci Liqada yeni mövsümə hazırlaşan “Xankəndi” futbol klubu məşqçilər korpusunu yeni təyinatla gücləndirib.
İdman.Biz xəbər verir ki, UEFA “B” kateqoriyalı məşqçi Seymur Şəbiyev komandanın baş məşqçisinin köməkçisi vəzifəsinə təyin olunub.
34 yaşlı mütəxəssis məşqçilik fəaliyyəti dövründə AZAL və “Zirə” klublarının müxtəlif yaş qruplarında baş məşqçi və köməkçi məşqçi kimi çalışıb. O, komandaları ilə bir sıra uğurlu nəticələr əldə edib.
