“Araz-Naxçıvan” futbol klubu yay təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, “qırmızı-ağlar” iyulun 24-də “İmişli” ilə qarşılaşacaq.
Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Naxçıvan təmsilçisi hazırlıq prosesinin ikinci mərhələsinə başlayıb. Komanda bu mərhələdə məşqlərini gündə bir dəfə olmaqla davam etdirir.
