“Neftçi” Freddi Varqası transfer etdi

22 İyul 2026 16:41
91
“Neftçi” Freddi Varqası transfer etdi

Azərbaycanın “Neftçi” futbol klubu Freddi Varqası transfer edib.

İdman.Biz xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.

Venesuela milli komandasının futbolçusu ilə “2+1” illik müqavilə bağlanıb.

Qeyd edək ki, Freddi Varqas 2025-ci ilin yayında İsrailin “Makkabi” (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülmüşdü. 27 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 34 rəsmi matçda 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz